суббота, 5 ноября 2011 г.

СРЗНАЧА


Qohum funksiyalar:
Sintaksis:
  СРЗНАЧА(значение1,значение2,...)
Nəticə:
    Arqumentlər siyahısında verilmiş qiymətlərin hesabi orta qiymətini hesablayır. Arqumentlər mətn və məntiqi qiymətləri ehtiva edə bilərlər.
Arqumentlər:
  •      значение1, значение2, ,..: orta hesabi qiyməti hesablanan 1-dən 255-ə qədər arqumentlər.
  •      Hesablamada ədədlərlə bərabər mətnlər və ИСТИНА və ЛОЖЬ kimi məntiqi qiymətlər iştirak edə bilərlər
Qeydlər:

  •      arqumentlər ədədlər, adlar, massivlər və istinadlar ola bilərlər;
  •      mətn ehtiva edən massivlər və istinadlar 0 kimi interpretasiya olunur. Boş mətn (“”) 0 kimi interpretasiya olunur. Əgər hesablamada mətn qiymətlərini nəzərə almaq tələb olunmursa, onda СРЗНАЧ funksiyasından istifadə olunmalıdır;
  •      ИСТИНА qiymətini ehtiva edən arqumentlər 1 kimi interpretasiya olunur. ЛОЖЬ qiymətini ehtiva edən arqumentlər 0 kimi interpretasiya olunur;
  •      Xanaların qiymətlərinin orta qiyməti hesablanır, bu zaman boş xanalarla sıfır qiymətini saxlayan xanaları fərqləndirmək lazımdır, xüsusilə, əgər Вид tab-vərəqində Нулевые значения bayrağı qoyulmayıbdırsa (Сервис menyusunun Параметры... əmri). 
  •      Boş xanalar nəzərə alınmır, sıfırı özündə saxlayan xanalar isə nəzərə alınır.

Riyazi-statistik interpretasiya:
          СРЗНАЧ funksiyasının təsvirinə bax


Misal
Tələbələr tərəfindən imtahanda alınmış aşağıdakı qiymətlər qeydə alınmışdır: 3; 4; 4; 5; 3; 3; 5; 3; 5; –; 4. Tələbələrin orta balını СРЗНАЧА funksiyasından istifadə edərək hesablamalı.
Həlli
1.    İlkin verilənlər cədvəlini tərtib edək (J1 oyuğuna ədəd əvəzinə defis daxil edilmişdir):

A
B
C
D
E
F
G
H
I
J
K
3
4
4
5
3
3
5
3
5
4

2. Nəticənin yazılacağı oyuğu seçək ($A$3);
3. Düsturlar sətrindən Мастер функций əmrini yerinə yetirək.
4. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СРЗНАЧА funksiyasını seçək. Bu zaman СРЗНАЧА funksiyasının dialoq pəncərəsi əmələ gələcək.

    5. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:K1) mausla   seçək. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 3,54545 qiyməti əmələ gələcəkdir.


Qeyd. Bu misalı СРЗНАЧ  funksiyası vasitəsilə həll etsək tamam başqa nəticə alınacaqdır. Yəni
=СРЗНАЧ(A1:K1)
düsturu 3,9 qiymətini hesablayacaqdır. Bu ona görədir ki, СРЗНАЧА funksiyasında defis sıfır kimi interpretasiya olunur.